"Qarabağ"ın keçmiş futbolçusuna fəxri vətəndaşlıq verilib
Türkiyənin “Sivasspor” klubunda çıxış edən “Qarabağ”ın sabiq futbolçusu Pedro Enrike ABŞ-ın Vircin adalarında yerləşən Santa Kruzun fəxri vətəndaşı olacaq.
Minval.info “Gaz.com.br” saytına istinadən xəbər verir ki, 31 yaşlı vinger tezliklə keçmiş müşavir Paulo Xuka ilə birlikdə bu ada layiq görüləcək.
Müşavirlər Palatası hər iki şəxsə bu titulun verilməsi barədə qərar çıxarıb. Bunu Pedronun müəllimi Kleber Pereyra təklif edib. Oyunçu Novo Hamburqda anadan olsa da, Pinyeyralda əmi, baba və nənələri böyüdüb.
Qeyd edək ki, 2017/2018 mövsümündə icarə əsasında “Qarabağ”ın formasını geyinmiş Pedro Enrike iyulun 17-də Sivas təmsilçisi ilə müqavilə imzalayıb. O, hazırda “İnternasyonal”a keçmək üçün danışıqlar aparır. Enrike “Qarabağ”ın UEFA Çempionlar Liqasının qrup mərhələsindəki ilk qolunun müəllifidir. O, 2017-ci il sentyabrın 28-də Bakı Olimpiya Stadionunda İtaliya “Roma”sına 1:2 hesabı ilə uduzduqları görüşdə fərqlənib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan millisinin yeni baş məşqçisi məlum oldu - FOTO
Rikardu Kuarejma Bakıya gəlib
"Arsenal" "Çelsi"ni məğlub etdi - VİDEO
"Arsenal"ın transfer siyahısı: kimlər gəlir, kimlər gedir?
“Qarabağ”la oyun öncəsi Lüksemburq çempionunun butsları oğurlandı