“Qarabağ”ın Çempionlar Liqasındakı ilk oyunu göstərilməyə bilər
Sloveniyanın “Olimpiya” klubu Çempionlar Liqasının I təsnifat mərhələsində qarşılaşacağı “Qarabağ”a ilk oyunun başlama saatını dəyişdirməyi təklif edib.
Oxu.Az xəbər verir ki, Lyublyana klubu bu addımı matçın DÇ-2018-in yarımfinalında Xorvatiya – İngiltərə görüşü ilə eyni vaxtda başlanacağı üçün atıb.
Sloveniyalılar Ağdam klubuna oyunun yerli vaxtla saat 18:00-da (Bakı vaxtı ilə 20:00) başlamasını təklif edib. Ancaq bizimkilər bu təkliflə razılaşmayıb.
Qeyd edək ki, dünya çempionatının oyununa marağın daha böyük olacağını nəzərə alan Sloveniya telekanalları “Olimpiya” – “Qarabağ” qarşılaşmasını canlı yayımlamaq istəmirlər. Məhz buna görə də klub bu təklifi irəli sürüb.
Xatırladaq ki, “Olimpiya” – “Qarabağ” matçı sabah Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Beşiktaş"ın futbolçusu sərxoş halda - FOTOLAR, VİDEO
Ramil Quliyev Avropa çempionatının finalında
İbrahimoviç: "Futbolu bitirdikdən sonra film ulduzu olacağam"
Zlatan İbrahimoviç klub alır
Ronaldo köhnə sevgilisi barədə “Təəssüf ki…
Tokio-2020: Azərbaycanın daha bir paralimpiyaçısı koronavirusa yoluxub
Ramil Quliyev: “Hər şey əlimizdə deyil”