““Qarabağ”a məğlubiyyət boğazımda düyünlənib” - “Nant”ın futbolçusu
Fransanın “Nant” komandasının yarımmüdafiəçisi Dennis Appya Avropa Liqasının qrup mərhələsinin 2-ci turu çərçivəsində Bakıda Azərbaycan çempionu “Qarabağ”a qarşı keçirdikləri oyunu xatırlayıb.
Gundem.az xəbər verir ki, 30 yaşlı futbolçu klubun rəsmi saytına açıqlamasında avrokubok görüşlərinin çətinliyindən söz açıb:
“Avropa səviyyəsində bir neçə böyük klubla qarşılaşacağıq. Bu cür təqvimi sevirik, uğurlu seriya üçün ayaqlarımızı yerə basmalıyıq. İlk turda “Olimpiakos” üzərində qələbə əla idi. Bunun üçün hər şeyimizi ortaya qoyduq. Amma “Qarabağ”la görüşdəki məğlubiyyət hələ də boğazımda düyünlənib. Buna baxmayaraq, “Frayburq”la qarşıdakı iki matç və çempionatdakı qarşılaşmalar barədə düşünməliyik”.
“Qarabağ” “Nant”la ev oyununda 3:0 hesablı qələbəyə sevinmişdi. Ağdam klubu qrupda növbəti oyununu oktyabrın 6-da Yunanıstanda “Olimpiakos”a qarşı keçirəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Messi və Ronaldu eyni komandada oynayacaq!
Tibb müəssisələrində onlayn növbə sistemi genişlənir
Osimhen və Lemina 3 həftəlik sıradan çıxdı
Neftçi Şəfanı darmadağın etdi: 4:1!
Neymarın zədəsi: Santosda uzun fasilə gözlənilir
Sabah və Zirə liderlik üçün üz-üzə!
Luis Enrike PSJ ilə 2030-cu ilədək qalır