"Qanuni oğru"nun lüks həyat yaşayan cazibədar qızı - Fotolar
Bu ilin sonunda Rusiyada həbsdə olan gürcüstanlı kriminal avtoritet Tariel Oniani azadlığa buraxılacaq.
Vaxtilə bu bölgədə tanınmış “qanuni oğru”lardan olan bu şəxsin sərbəst buraxılandan sonra yeni macəralara başlayacağı istisna olunmur.
Lakin bu xəbərimizdə onun özündən yox, gözəlliyi ilə Rusiya və dünya mətbuatının gündəminə düşən qızından – Qvantsa Onianidən bəhs edəcəyik. “Taro” ləqəbli avtoritetin qızı hazırda 25 yaşındadır. Gözəlliyi ilə seçilən Qvantsa lüks həyatı ilə də seçilir. Müxtəlif biznesmenlər tərəfindən təşkil olunan gecələrdə, toylarda, ad günlərində iştirak edən avtoritetin qızı Moskvada yaşayır. O, dünyanın müxtəlif ölkələrinə səyahətlər etsə də, ata vətəni Gürcüstanı da tez-tez ziyarət edir. Qvantsanın sevimli istirahət məkanı isə Yunanıstandakı Mikonos kurortu, Monako və Soçidir
Maraq üçün onu da qeyd edək ki, atası vaxtilə İspaniyada həbs olunmaq təhlükəsi ilə üz-üzə qalsa da, aradan çıxmağı bacarıb. 2005-ci ildə baş verən həmin hadisələr zamanı 12 yaşı olan Qvantsa ispanlar tərəfindən saxlanılıb. Gürcüstan hökuməti gənc qızın azadlığa çıxması üçün çox çalışsa da, ispanlar “Taro” təslim olmayana qədər qızını buraxmayacağını bildiriblər. Lakin atası təslim olmaq fikrində olmadığından, 4 günlük həbsdən sonra İspaniya Qvantsanı azadlığa buraxmaq məcburiyyətində qalıb. Məhz həmin olaydan sonra Onioni ailəsi İspaniyanı tərk etmiş, Gürcüstan vətəndaşlığından da imtina edərək, Rusiyaya üz tutmuşdu.






yenicag.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir
Harri və Meqan yenidən ABŞ-yə dönə bilər!
İranda dolların məzənnəsi rekord həddə çatdı
Kreml Rusiya-ABŞ-Ukrayna danışıqlarına ümid edir
Kredit borcu artdı: 90 min aldı, 217 min oldu!