10.09.2026 - 11:16
Ölkə 17 baxış

Bakıda universitet şəhərciyi: Nəqliyyat sıxlığı azalacaq?

Yeni dərs ilinin başlaması ilə birlikdə böyük şəhərlərdə, xüsusilə Bakıda nəqliyyat sıxlığının artacağı gözlənilir. Universitetlərin fəaliyyətə başlaması ilə avtomobil və ictimai nəqliyyatın yükü daha da artır. Səhər və axşam saatlarında yolların yüklənməsi, dayanacaqlarda sıxlığın yaranması və hərəkət sürətinin azalması tələbə və müəllimlərin gündəlik gediş-gəlişini çətinləşdirir.

Minval.info xəbər verir ki, Türkiyənin Eskişehir şəhəri bu baxımdan maraqlı bir nümunədir. Universitet şəhəri kimi tanınan Eskişehirdə tələbə axınının şəhərin nəqliyyat sisteminə təsiri xüsusilə nəzərə çarpır. Şəhərdə universitetlərə gediş-gəlişin təşkili, ictimai nəqliyyatın rolu və alternativ hərəkət imkanları uzun illərdir gündəmdə olan məsələlərdəndir.

Azərbaycanda da universitetlərin bir ərazidə cəmləşdirildiyi belə bir şəhərcik yaratmaq mümkündürmü? Milli Məclisin deputatı Fazil Mustafa bu istiqamətdə dəfələrlə müxtəlif təkliflər səsləndirildiyini, lakin hələ ki, bu məsələlərin nəzərə alınmadığını bildirib. Deputat qeyd edib ki, gələcəkdə bu məsələlər yenidən nəzərdən keçirilə bilər və şəhərdə nəqliyyat yükünün, xüsusilə də tıxacların azaldılması istiqamətində müəyyən addımlar atıla bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: