Abşeronda kanalizasiya suları yola axır: Sakinlər narazı
Abşeron rayonunun Məmmədli qəsəbəsində kanalizasiya sularının yola axması ciddi narazılıq doğurub. Qəsəbənin Heydər Əliyev prospektinin bəzi hissələrində asfalt örtüyünün dağılması və yolun bərbad vəziyyəti sakinlərin narahatlığına səbəb olub. Yolda yaranan çalalar avtomobillərin zədələnməsinə və tıxacların yaranmasına gətirib çıxarır.
Minval.info xəbər verir ki, problemi daha da ağırlaşdıran məqam kanalizasiya sularının yola axmasıdır. Çirkab suların toplanması nəticəsində ərazidə gölməçələr yaranır, palçıq artır və ətrafa kəskin üfunət yayılır. Sakinlər bildirirlər ki, kanalizasiya xəttində yaranan nasazlıqlar səbəbindən ərazi dəfələrlə qazılıb və təmir edilib, lakin problem yenidən təkrarlanır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şimali Koreya raketlər ataraq Cənubi Koreyanı xəbərdar edib
Fransada kütləvi etirazlara hazırlıq: 70 min polis küçələrə çıxarılacaq
Pentaqondan NATO ölkələrinə gözlənilməz çağırış: Rusiyaya qarşı bunu edin
Fransada Sarı Yeleklilərin etirazları öncəsi gərginlik artır
İsraildə seçki çıxmazı: yeni hökumət necə formalaşa bilər
ABŞ-də pilotlar 12 min metr yüksəklikdə UNO gördülər