Bakıda sabah yağış və şimşək gözlənilir
10 sentyabr 2026-cı il tarixində Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu hava şəraiti gözlənilir. Günün birinci yarısında yağış və bəzi yerlərdə qısa müddətli şimşək çaxması ehtimalı var. Şimal-qərb küləyi əsəcək.
Minval.info xəbər verir ki, gecə saatlarında paytaxtda və Abşeronda havanın temperaturu 15-19 dərəcə, gündüz isə 24-27 dərəcə isti olacaq. Atmosfer təzyiqi 763 mm civə sütunu, nisbi rütubət gecə 70-80%, gündüz isə 55-65% təşkil edəcək.
Azərbaycanın bəzi bölgələrində gündüz saatlarında qısa müddətli leysan yağışları və şimşək çaxması gözlənilir. Gecə və səhər saatlarında bəzi dağlıq ərazilərdə duman olacaq, mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 13-17, gündüz 25-29, dağlarda isə gecə 6-11, gündüz 15-20 dərəcə isti olacaq.
ƏLAQƏLİ
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Rəyasət Heyəti Ramiz Mehdiyevin AMEA üzvlüyündən çıxarılmasını təsdiqlədi
Şəki yollarının təmiri üçün 1 milyon manata yaxın vəsait ayrıldı
Migel Anxel Moratinos: Dinlər 8 milyard insanın qayğısına qalır
Vilayət Eyvazov Gəncədə vətəndaş qəbulu keçirəcək