Xankəndidə 200 vakansiyalı əmək yarmarkası!
Xankəndidə növbəti əmək yarmarkası təşkil ediləcək və bu tədbirdə 200-ə yaxın vakansiya təqdim olunacaq. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi tərəfindən təşkil edilən yarmarka sentyabrın 11-də saat 10:00-da Xankəndi Ticarət Mərkəzində baş tutacaq.
Minval.info xəbər verir ki, tədbirdə dövlət və özəl sektoru təmsil edən 25 müəssisə iştirak edəcək. Mühəndis, həkim, tibb bacısı, laborant, mühasib-xəzinədar, satıcı-kassir, xidmət rəisi, elektromexanik, elektrik, qaynaqçı, aşpaz, qeydiyyatçı, dərzi, satınalma mütəxəssisi, çörəkçi, anbardar, çeşidləyici, sürücü, traktorçu-mexanizator və digər peşə istiqamətləri üzrə vakansiyalar təqdim olunacaq.
Vakansiyalar Xankəndi şəhəri ilə yanaşı, Şuşa, Ağdam, Ağdərə və Xocalı rayonlarını da əhatə edir. Yarmarkada vakansiyalara uyğun namizədlərin qeydiyyatı aparılacaq və Agentliyin icra etdiyi digər aktiv məşğulluq proqramları və layihələr barədə də ətraflı məlumat veriləcək. Əmək yarmarkasına gələn işaxtaranların şəxsiyyət vəsiqələrini təqdim etmələri mütləqdir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda sabah yağış və şimşək gözlənilir
Bakıda universitet şəhərciyi: Nəqliyyat sıxlığı azalacaq?
Şəhid övladları üçün möhtəşəm Bilik Günü tədbiri
Rusiyada Azərbaycan narı satışa çıxdı
Xaricdə iş axtaranlara təhlükəsiz seçim imkanı!
Pirəkəşküldə zəhərli ilanlar evləri bürüdü
Günel Ziyadova: Analıq və həkimlikdə çətinliklər