14.12.2018 - 12:02
Hadisə
18 baxış
Qadının adına profil açıb şəkillərini paylaşdı
Sosial şəbəkədə başqasının adına saxta profil açaraq onu bağlamaq üçün hədə-qorxu ilə pul tələb etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Minval.info-nun DİN-ə istinadən verdiyi xəbərə görə, Gəncə şəhər sakini olan qadın “İnstagram” sosial şəbəkəsində naməlum şəxsin onun adına saxta profil açdığını, fotoşəkillərini paylaşdığını və onu təhqir etdiyini, habelə həmin profili bağlamaq üçün 100 manat tələb etdiyini bildirib. Hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Goranboy rayon sakini Emin Quliyev qısa müddətdə müəyyən edilərək saxlanılıb.
Hazırda Gəncə Şəhər Baş Polis İdarəsində araşdırma davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29