Qadına qarşı soyğunçuluq edən gənclər saxlanılıb (FOTO)

Ağsu rayon sakini olan bir qadın Kürdəmir Rayon Polis Şöbəsinə ərizə ilə müraciət edərək rayonun Yeni Şıxımlı kəndi ərazisində tanımadığı 4 nəfər şəxsin onun əl-qolunu tutaraq, zor tətbiq etməklə çantasından bir ədəd mobil telefonunu və 83 manat pulunu apardıqlarını bildirib.
DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Minval.info-ya verilən məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluq hadisəsini törətməkdə şübhəli bilinən Yeni Şıxımlı kənd sakini dörd gənc, əvvəllər məhkum olunmuş Loğman Şıxaliyev və Amil Səmidov, Saməddin Həmidov və bir yeniyetmə saxlanılıb.
Dindirilmə zamanı saxlanılan şəxslər qabaqcadan əlbir olaraq tamah məqsədilə qeyd edilən hadisəni törətdiklərini etiraf ediblər.
Faktla Kürdəmir RPŞ-nin İstintaq Bölməsində Azərbaycan Respublikası CM-nin 180.2.1-ci və 180.2.4-cü maddələri ilə cinayət işi başlanılıb, ibtidai istintaq aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır



