Qəssablar cərimələndi, məntəqələr söküldü
Qida Təhlükəsizliyi Agentliyi (AQTA) qida təhlükəsizliyi tələblərinə, sanitar-gigiyenik normalara uyğun olmayan heyvan kəsimi məntəqələrinin fəaliyyətini dayandırmaq məqsədi ilə Daxili İşlər Nazirliyi və yerli icra hakimiyyəti orqanları ilə birlikdə növbəti monitorinq keçirib.
Minval.info-ya daxil olan məlumatda qeyd olunur ki, baytarlıq-sanitariya və gigiyena normalarına cavab verməyən yerlərdə, küçələrdə, yol kənarlarında heyvan kəsimi ilə məşğul olan şəxslərdən qanunsuz fəaliyyətlərini dayandırmaq tələb edilib.
Aparılan yoxlanış tədbirləri nəticəsində Qaradağ rayonunda fəaliyyət göstərən 20-yə yaxın qanunsuz heyvan kəsimi məntəqələrinin sahiblərinə ciddi xəbərdarlıq edilib və yol kənarlarında quraşdırılmış qida təhlükəsizliyi tələblərinə uyğun olmayan kəsim qurğuları icra hakimiyyəti orqanlarının nümayəndələri tərəfindən sökülüb.
Qida Təhlükəsizliyi Agentliyi bildirir ki, bu cür fəaliyyətlərin aradan qaldırılması üçün monitorinqlər davam etdiriləcək və qanunla müəyyən olunmuş qaydada tədbirlər həyata keçiriləcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Şirkətin borca görə rüsvay etdiyi qadın: Onları məhkəməyə verəcəyəm
Deputat vəsiqəsini girov qoyan Rafael Cəbrayılov istefa verdi - SON DƏQİQƏ
İşdən çıxarılacaq digər icra başçıları - ADLAR
Qiyas İbrahimov azadlığa çıxdı
Bakıda gənc qız sevgilisini öldürdü - Səbəb (Təfərrüat)
Bayılda vəziyyət gərgindir - Evlərin içindən fotolar
Cavanşir Feyziyevlə bağlı rəsmi araşdırma niyə aparılmır?