Qəbirstanlıqda mollanı döyüb xəstəxanalıq etdilər - FOTO
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunun Daştəpə kəndinin mollası Eldəniz Sadıqov döyülüb.
Minval.info “Report”a istinadən xəbər verir ki, hadisə dekabrın 5-də səhər saatlarına kənd qəbirstanlığında baş verib.
E.Sadıqov həmkəndilisi Mirəli Həsənov tərəfindən döyüldüyünü bildirib. O hesab edir ki, döyülməsinə “Facebook” sosial şəbəkəsində yerləşdirdiyi və Daxili İşlər Nazirliyinin əməkdaşlarından narazılığını ifadə etdiyi video müraciət səbəb olub. Xəsarət alan şəxs bildirib ki, polis artıq bir aydır onun evindən qiymətli əşyaların oğurlanması ilə bağlı cinayətin üstünü aça bilmir.
Molla döyülməsi ilə bağlı “112” xidmətinə zəng vursa da, polis faktla bağlı araşdırmaya başlamayıb. E.Sadıqov özü polis bölməsinə gedəndən sonra polis araşdırmaya başlayıb.
Gürcüstanın Daxili İşlər Nazirliyi E.Sadıqovun ittihamlarını qəbul etməyib.
Nazirlik faktla bağlı zorakılıq maddəsi üzrə cinayət işi başlayıb.

Polis mollanın döyülməsində şübhəli bilinən M.Həsənovu artıq dindirib. Onu günahı sübuta yetiriləcəyi təqdirdə cərimə və ya 120 saatdan 180 saatadək ictimai işlər, 6 aydan 1 ilədək ev dustaqlığı yaxud da 1 il müddətinə həbs cəzası gözləyir.
E.Sadıqov hazırda Marneulidə xəstəxanada müalicə olunur. Həkimlər onun vəziyyətini sabit kimi qiymətləndirirlər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır