“Qəbələ” ilk legioner transferini həyata keçirdi
2018/19 mövsümünə hazırlığı davam etdirən “Qəbələ” yay fasiləsində ilk legioner transferini gerçəkləşdirib.
“Qırmızı-qaralar” Albaniya milli komandasının futbolçusu Sabien Lilayı heyətinə qatıb. 29 yaşlı yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
Peşəkar karyerasına “Tirana”da başlayan Lilay 2008-2011-ci illərdə bu komandada çıxış edib. 2011-2012-ci illərdə Xorvatiyada legioner həyatı yaşayan Sabien “Lokomotiva”nın formasını geyinib. O, 2012-ci ildən 2018-ə qədər “Skenderbeu”da oynayıb. Sabien Albaniya klublarının heyətində 6 dəfə ölkə çempionu, 2 dəfə kubok, 2 dəfə Superkubokun qalibi adını qazanıb, 2015 və 2017-ci illərdə ölkəsində ilin futbolçusu seçilib.
Albaniyanın U-20 və U-21 yığmalarının şərəfini qorumuş Lilay 2011-ci ildə ölkəsinin əsas millisində debüt edib. Yarımmüdafiəçi bu komandada 16 oyun keçirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Çempionlar Liqası: Qrup mərhələsinin rəmzi yığması açıqlandı - FOTO
"Qarabağ"ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşdi
Futbol qaydalarında dəyişikliklər edildi
Bu gün "Qarabağ" Avroliqada mübarizəyə start verir
ÇL-də 1/4 finala yüksələn iki komanda müəyyənləşəcək - AFİŞA
Mahir Emreli "Legiya"da ayın ən zəif futbolçusu seçildi
Gənc futbolçu silah və narkotik saxladığı üçün həbs olunub