Qəbələdə qonaq getdiyi evdən oğurluq edən şəxs saxlanılıb
Qəbələ Rayon Polis Şöbəsinə Zarağan kəndində yerləşən evlərin birindən 13 min manat pulun oğurlanması barədə müraciət daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan “Minval.info”-ya verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən zərərçəkmişin qohumu, əvvəllər Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə dəfələrlə məhkum olunmuş Ağcabədi rayon sakini Amil Süleymanov saxlanılıb.
Araşdırma zamanı məlum olub ki, oğurluq etdiyi evdə qonaq olan A.Süleymanov cinayəti törətdikdən sonra Bakı şəhərinə üz tutub və 13 min manatı burada bir neçə günə öz əyləncəsi üçün xərcləyib.
Faktla bağlı Qəbələ Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, saxlanılan şəxsin digər cinayətlərdə iştirakının olub-olmaması araşdırılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır