Qəbələdə koronavirus xəstəsi aptekdə saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən nəzarət-yoxlama tədbirləri zamanı aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyindən mətbuat xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, rayon sakini Çingiz Seyidovun COVID-19 testinin nəticəsi pozitiv olmasına və ev şəraitində müalicəyə cəlb edilməsinə baxmayaraq o, sanitar-karantin qaydalarını pozaraq yaşadığı ünvanı tərk edib.
Həmin şəxs Hacallı kəndində özünə məxsus aptekdə işçilərlə ünsiyyətdə olarkən aşkarlanıb. Ç.Seyidovla izahedici söhbətlər aparılıb və yaşadığı ünvana geri qaytarılıb.
Hazırda onun barəsində Qəbələ Rayon Polis Şöbəsinin İstintaq bölməsində araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır