Qəbələdə dağlıq ərazidə yanğının söndürülməsinə 2 helikopter cəlb olunub

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonu, Solquca kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə yanğınla mübarizə tədbirlərini davam etdirir.
FHN-dən “MİNVAL.İNFO”a verilən məlumat görə, yanğının genişlənməsinin qarşısının alınması və söndürülməsi məqsədilə ərazidə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları və Şimal-qərb Regional Mərkəzinin müvafiq qüvvələri, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları yanğınla mübarizə tədbirlərini həyata keçirirlər.
Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda məktəbli qız dünyaya uşaq gətirdi?
Sabiq icra başçısının məhkəməsi başlayır
“Baku Medical Plaza”da ölüm
Bakıda xanım sərnişini qısnayan taksi sürücüsü saxlanılıb
Qadın sürücü avtomobilini su kanalına aşırdı
Mingəçevirdə baba nəvəsini xəstəxanalıq etdi - Ayağı və barmağı kəsildi