Qəbələdə 3 nəfəri öldürüb qaçan sürücü həbs edildi (FOTO)

Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində yol-nəqliyyat hadisəsi törətməklə 3 nəfərin ölümünə səbəb olan və istintaqdan yayındığı üçün barəsində axtarış elan edilən şəxs saxlanılıb.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Minval.info-ya verilən məlumata görə, mayın 5-də Qəbələ rayonu Savalan kəndi ərazisində Tərlan Eyyubovun idarə etdiyi “Mercedes” və Nəsib Yusifovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillərin toqquşması nəticəsində sonuncu nəqliyyat vasitəsinin sürücüsü və 2 sərnişini həyatını itirib, digər 3 sərnişini isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Faktla bağlı cinayət işi başlanılıb, zəruri ekspertizalar təyin olunub. Aparılan istintaqla hadisənin Tərlan Eyyubov tərəfindən yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozularaq törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib.
O, əvvəlcə məsuliyyətdən yayınmaq üçün əsassız bəhanələr gətirib, hətta ölən sürücünün yaxınlarından avtomobilinə dəymiş zərərin ödənilməsini tələb edib. Daha sonra öz əməlindən xəbərdar olan Tərlan Eyyubov istintaqdan yayındığı üçün onun barəsində axtarış işi açılıb. Qəbələ RPŞ əməkdaşlarının keçirdikləri tədbirlər nəticəsində həmin şəxs saxlanılıb və məhkəmənin qərarı ilə barəsində həbs qətimkan tədbiri seçilib.
Hazırda cinayət işi üzrə istintaq davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Biznes adı ilə 3 nəfərə 450 min dollar "atan" Babayev həbs olunacaqmı?
Morq işçisi aktrisanın cəsədini zorladı
Vəzifəli şəxslərə cinayət işi açıldı
Bakı aeroportunda silahla tutulan şəxs şirkət rəhbəri imiş
Sumqayıtda tonqal ətrafında faciə yaşandı
5 ulduzlu oteldə müəmmalı ölüm
Abşeronda faciə: 7 yaşlı uşaq 6-cı mərtəbədən yıxılıb öldü



