“Putin Ukraynadakı əməliyyatı dayandıra bilər”
“Azadlıq” radiosunun “Donbass Realii” layihəsinin jurnalistləri Ukraynanın kəşfiyyat orqanlarından birindəki mənbələrindən Rusiya Federasiyasının 41-ci Ordusunun komandiri vəzifəsini icra edən polkovnik Oleq Korotkeviç ilə hərbi qulluqçuların ailələri arasında keçirilən görüşün audioyazısını əldə ediblər.
Görüş zamanı polkovnik bir sıra çox maraqlı açıqlamalar verib.
“İndi qlobal miqyasda baş verənləri götürsək, iki ölkə arasında başqa dövlətin ərazisində hərbi əməliyyatlar gedir. Hamı belə düşünür.
Faktiki olaraq bütün NATO bloku ilə müharibə gedir. Ukrayna xalqının qanı hesabına NATO bloku mübarizə aparır. Beyinlərini xarab edirlər, sonra cəbhəyə göndərirlər. Əgər bu tapşırıq sona qədər tamamlanmasa, yarıya qədər olsa, nə baş verər?
Prezidentimiz sabah televiziyada “Mən “xüsusi hərbi əməliyyatı” dayandırmaq qərarına gəldim?” deyə bilərmi? Deyə bilər. O, ali baş komandandır. Əlbəttə bilər. Onda nə alınar? Bütün görülənlər boşuna edilib? Və bütün bu yarımçıq qalmış millətçilik sadəcə bir ildən sonra ölkəmizə gələcək. Aleyskdə, Novosibirskdə, Tomskda, Tümendə, Moskvada, hər yerdə olacaq. Çünki dövlətimiz döyülən it kimi oradan çıxmalı olacaq, başa düşürsünüz. Nə qədər çətin olsa da biz bunu edə bilmərik”, deyə Korotkeviç bildirib.
https://youtu.be/1_9MAptamlI
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vaqif Cavadovla özəl müsahibə: "Mənim kimi futbolçu kənardadırsa..."
Azərbaycanda dəhşət: gənc qızı ölümcül döyüb yol kənarına atdılar
Ali Məhkəmənin hakimi İnqilab Nəsirov koronavirusdan vəfat edib
Koronavirus Uhanda hazırlanıb: Sensasion iddialar üzə çıxdı
Daha 549 nəfər sağaldı, 7 nəfər vəfat etdi
Bakıda güclü yanğın başlayıb, helikopter havaya qalxdı - VİDEO
Ermənilər unitazları da söküb apardılar - VİDEO