16.04.2018 - 13:51
Siyasət
23 baxış
Prezident Ramiz Mehdiyevlə bağlı sərəncam imzaladı - FOTO
Prezident İlham Əliyev aprelin 16-da Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevi yubileyi münasibətilə təbrik edib, onu Azərbaycan Respublikasında dövlətçiliyin möhkəmləndirilməsində səmərəli fəaliyyətinə və elmin inkişafında böyük xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edib.Minval.İnfo xəbər verir ki, Ramiz Mehdiyev bu təltifə və onun fəaliyyətinə verdiyi yüksək qiymətə görə dövlət başçısına minnətdarlığını bildirib. Administrasiya rəhbəri Heydər Əliyev tərəfindən əsası qoyulmuş müasir Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsində Prezident İlham Əliyevin müstəsna xidmətlərini vurğulayıb və qeyd edib ki, məhz dövlət başçısının rəhbərliyi altında Azərbaycanda bütün sahələrdə çox yüksək nailiyyətlər əldə olunub. O, bir daha dövlət başçısına minnətdarlıq edib.
Qeyd edək ki, sabah R. Mehdiyevin 80 illik yubileyidir.

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Paşinyan: Baş nazir olduğum günə lənət olsun
05.09.2026 - 14:57
Mariya Zaxarovanın mahnısı dinləyicilərlə görüşdü
05.09.2026 - 14:15
Merts Almaniyada etirazçıların hədəfində: "Rədd ol!" şüarı
04.09.2026 - 21:48
Meloni İtaliyada yeni siyasi rekord qırdı
04.09.2026 - 21:27
Putindən Zelenskiyə cavab: "Terrorçularla danışıqlar aparılmır"
02.09.2026 - 12:49
Kreml Türkiyə-Ermənistan sərhədinin açılmasını istəyir
01.09.2026 - 16:55