Pomidor turşusundan zəhərlənərək iki dəfə kliniki ölüm keçirən yeniyetmə qız komadan ayılıb
Kliniki Tibbi Mərkəz noyabrın 12-də pomidor turşusundan ağır zəhərlənmə diaqnozu ilə Füzuli rayonundan Bakıya atası ilə birgə gətirilən yeniyetmənin son durumu ilə bağlı məlumat yayıb.
Mərkəzdən Minval.info-ya verilən məlumata görə, oomidor turşusunda zəhərlənərək vəziyyəti ağırlaşan və iki dəfə kliniki ölüm keçirən 10 yaşlı Aytac Mirzəyevanın vəziyyəti yaxşılayıb.
Qeyd olunub ki, iki həftəlik mübarizədən sonra həkimlərin səyi nəticəsində o, süni tənəffüs aparatından ayrılıb və danışmağa başlayıb.
“Noyabrın 12-də Aytac və atası Ricay Mirzəyev pomidor turşusundan ağır zəhərlənmə ilə Füzuli rayonundan Bakı şəhərinə gətirilmişdi. Kliniki Tibbi Mərkəzə çatdırılan hər iki xəstəyə dərhal tibbi müdaxilə olunmasına baxmayaraq, həmin günü gecə saatlarında Ricay Mirzəyev dünyasını dəyişmişdi. Yeniyetmənin isə vəziyyəti olduqca ağır idi. Xəstəxana rəhbərliyinin tapşırığı ilə Kliniki Tibbi Mərkəzin tabeliyində olan 2 saylı Kliniki Uşaq Xəstəxanasının reanimasiya şöbəsinə köçürülən yeniyetmə xüsusi nəzarətə götürülüb və həyatda qalması üçün bütün imkanlar səfərbər edilib. Bununla belə müxtəlif günlərdə iki dəfə kliniki ölüm keçirməsinə baxmayaraq, həkimlərimizin səyi ilə Aytac Mirzəyeva həyata qayıdıb” – xəstəxanadan bildirilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır