29.07.2021 - 11:58
Hadisə
2 baxış
Polşada taksi fəaliyyəti ilə məşğul olan azərbaycanlı tələbə ağır qəza törətdi - FOTO
“Minval.info” “oxu.az”a istinadən xəbər verir ki, Azərbaycan vətəndaşı Rüfət Muradlı Polşanın paytaxtında yerləşən Varşava İqtisadiyyat və Humanitar Fənlər Universitetində magistr təhsili alır.
Həmyerlimiz həmçinin “Bolt” şirkətində taksi fəaliyyəti ilə məşğuldur.
Qəza nəticəsində Rüfət Muradlı müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Avtomobildə olan sərnişin isə qəza nəticəsində həlak olub.
İlkin məlumata görə, R.Muradlının sükan arxasında yuxulaması nəticəsində onun idarə etdiyi avtomobil qarşı yola çıxaraq yük maşını ilə toqquşub.



Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
22.07.2026 - 19:56
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
22.07.2026 - 17:54
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
22.07.2026 - 15:53
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
22.07.2026 - 12:32
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO
18.11.2025 - 14:27
Reyddə saxlanılan 850 minlik “Ferrari” kimindir? - Video
18.11.2025 - 10:50