Polislər gənc qadının həyatını xilas etdi
Dekabr ayının 6-da axşam saatlarında Şəki rayonunun Suçma kənd sakinləri gənc qadının səhhətində yaranan problemlə əlaqədar onu qonşu kənddə olan tibb məntəqəsinə aparıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, ancaq orada həmin xanımın vəziyyətinin qənaətbəxş olmadığını və təcili olaraq rayonun mərkəzi xəstəxanasına çatdırılmalı olduğunu, bunun üçün o qədər də çox vaxtlarının olmadığını bildiriblər.
Avtomobillərində yaranan nasazlıqla əlaqədar onlar hərəkət edə bilməyiblər. Elə həmin vaxt kənd ərazisində xidmətdə olan Şəki ŞRPŞ-nin Dövlət Yol Polisi bölməsinin əməkdaşları Vüqar Məmmədov və Rauf Əhmədov onlara yaxınlaşıb, vəziyyətlə maraqlanıblar. Vaxtın daraldığını görən polis əməkdaşları xəstəni və onun yaxınlarını dərhal YPX-nin avtomobilinə əyləşdirib, rayon mərkəzi xəstəxanasına doğru hərəkət ediblər. Qadın tez bir zamanda xəstəxanaya çatdırılıb, həkimlərin də ilkin müdaxiləsi ilə onu həyatda saxlamaq mümkün olub.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Vətən müharibəsi iştirakçısı vəfat edib - FOTO
Rüfət Əhmədzadənin meyiti aşkarlandı
Xaçmazda kanalda 66 yaşlı qadının meyiti tapıldı
FHN: İki nəfər dənizdə batma təhlükəsi ilə üzləşib
Həmin ailənin ölümünə səbəb zəhərli maddə olub? - TƏFƏRRÜAT- FOTO