Polis əməliyyat keçirdi: Ana və oğlu əxlaqsız yuvada... - Saxlanılanlar var (Foto)
Qubada əxlaqsızlıq yuvası aşkar edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, Quba rayon Polis Şöbəsinə rayon sakini Zeynəb Məmmədovanın “Tamerlan” kafesində əxlaqsız yuva təşkil etməsi barədə məlumat daxil olub.
Polis şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində kafe sahibəsi və oğlu, eləcə də həmin kafedə işləyən 5 qadın saxlanılaraq Rayon Polis Şöbəsinə gətirilib.
Faktla bağlı Quba Rayon Polis Şöbəsinin İstintaq Bölməsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 243 (Fahişəliyə cəlb etmə) və 244 (Əxlaqsızlıq yuvaları saxlama) maddələri ilə cinayət işi açılıb, araşdırmalar davam etdirilir.
Minval.info


Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Bakıda “Metropark” ticarət və əyləncə mərkəzində yanğın
Azərbaycanda “nadzor” başından güllələnərək öldürüldü
Bakıda dəhşətli qəzada bir ailənin 4 üzvü öldü
Türkiyədə qəzəbli ata ailəsini güllələyib intihar etdi
Yük maşını qatarla toqquşub, qatarların hərəkəti dayandırılıb
İki “Baku Bus” avtobusu toqquşdu