Polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır

Rusiyanın Surqut şəhərində doğum evinin qarşısında qoyun kəsən azərbaycanlı ailə heyvansevərləri qəzəbləndirib.
“Qafqazinfo” Rusiya KİV-nə istinadən xəbər verir ki, sosial şəbəkələrdə həmin video yayıldıqdan sonra heyvan müdafiəçiləri ayağa qalxıblar. Onların şikayətindən sonra polis doğum evinin qarşısında qoyun kəsən azərbaycanlıları axtarır.
Bu ritual İslam ənənələrinə uyğun hesab olunsa da, əksəriyyət bu addımı heyvanların müdafiəsi baxımından düzgün qəbul etməyib. Polis hazırda hadisənin təfərrüatlarını və qoyunu kəsənlərin şəxsiyyətini müəyyənləşdirir.
Məsələ ilə bağlı Surqut Perinatal Mərkəzinin baş həkimi Larisa Belotserkovtsevanın münasibətini öyrənə bilməyiblər.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır