"Pilotsuz, uçan taksilər artıq xəyal deyil" - İstehsal başlandı
Bloomberg-in məlumatına görə, Almaniya hökuməti “Audi” və “Airbus” şirkətləri ilə İnqolştadt şəhərində pilotsuz uçan taksilərinin sınaqdan keçirilməsinə dair müqavilə imzalayıb.
“ Uçan taksilər artıq xəyal deyil, onlar bizi yeni hərəkətlilik dünyasına aparacaq. Artıq həmin texnologiyanı uğurla inkişaf etdirən şirkətlər və start-uplar üçün bu böyük bir fürsətdir” — Anderas Şeyer, Alman Nəqliyyat Nazirliyinin rəhbəri bildirib.
Söhbət “Audi” və “ Airbus” şirkətlərinə mart ayında təqdim olunan “Pop.Up Next” konseptindən gedir. O, həm yol, həm də hava ilə hərəkət edə bilən elektrik avtomobillərinin yaradılmasını nəzərdə tutur.
Taksi əsası dəyişdirilə bilən ikiyerli platformadan, yəni yolda sürmək üçün dördtəkərli və havada uçmaq üçün səkkiz vintli drone-dən ibarətdir. Hərəkət metodunu marşrut təhlilinə əsasən maşın özü tətbiq edəcək.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Anastasiya Trequbova keçmiş əri tərəfindən döyüldü
Şəkidə səhv ayaq əməliyyatı: Xəstə şikayətçi!
Qızılın qiyməti inflyasiya öncəsi yüksəldi
İranın raket hücumu: ABŞ bazasında ziyan var
Ermənistan Aİİ-dən çıxarılır? İrəvanın çətin seçimi
ABŞ-İran qarşıdurması bitə bilər: SEPAH-dan şərtlər
Ermənistan ordusu NATO salamını mənimsəyir