PFL 2021-ci ilin ən yaxşı komandası və baş məşqçisini açıqlayıb
2021-ci ildə futbol üzrə Azərbaycan Premyer Liqasında 117 oyun keçirilib.
Minval.info-nun Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, bunlardan 61-i 2020/2021, 56-sı 2021/2022 mövsümünə təsadüf edib. Qarşılaşmalarda ümumilikdə 288 qol vurulub.
Bu il ən çox xal toplayan komanda “Qarabağ” olub. Qurban Qurbanovun baş məşqçi olduğu kollektiv 30 oyunun 2/3-də qalib gəlib və ilin ən yaxşısı olub. 67 xal toplayan Ağdam təmsilçisi hamıdan çox qol vuran, ən az uduzan və qol buraxan komandadır.
Bir matç az keçirən “Neftçi” 10 xal geridədir. Digər komandalar liderlərdən çox geri qalır. “Qarabağ” kimi bir oyun çox keçirən “Səbail” 2021-ci ildə ən az xal toplayan komandadır.
| 1 | Qarabağ | 30 | 20 | 7 | 3 | 63-16 | 67 |
| 2 | Neftçi | 29 | 17 | 6 | 6 | 53-30 | 57 |
| 3 | Zirə | 29 | 9 | 13 | 7 | 34-30 | 40 |
| 4 | Qəbələ | 29 | 9 | 10 | 10 | 33-38 | 37 |
| 5 | Sumqayıt | 29 | 9 | 8 | 12 | 23-31 | 35 |
| 6 | Sabah | 29 | 8 | 9 | 12 | 35-44 | 33 |
| 7 | Keşlə | 29 | 6 | 9 | 14 | 29-44 | 27 |
| 8 | Səbail | 30 | 5 | 6 | 19 | 18-55 | 21 |
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı