Paytaxtda sürücü piyadanı vurub qaçdı
7 avqust tarixində saat 22:00-23:00 radələrində ağır-yol nəqliyyat hadisəsi baş verib.
“Minval.info” xəbər verir ki, Bakı şəhəri, Yasamal rayonu, Şəfaət Mehdiyev küçəsində sürücü atası ilə birlikdə yolu keçən azyaşlı piyadanı vurub.
Təxmini 13-16 yaşlarında olan zərərçəkən hadisə nəticəsində sol ayağında sınıq xəsarətləri alıb və huşunu itirib.
Təcili tibbi yardımın gecikdiyini görən hadisə şahidləri piyadanı xəstəxanaya şəxsi avtomobillə aparıblar.
Hadisə şahidlərinin sözlərinə görə, sürücü uşağın huşsuz vəziyyətdə olduğunu görüb avtomobilinin ön hissəsinə nəzər yetirəndən sonra hadisə yerindən qaçıb.
Qeyd edək ki, sürücünün kimliyi və avtomobilin dövlət nömrə nişanı bəlli deyil.
Minval.info
Ləman Cavadova
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır