Partlayışda yanan iki uşaq da öldü
Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Masallı rayonun Sığıncaq kəndi ərazisində yaşayış evinin qarajında qaz sızması nəticəsində partlayış baş verib. Hadisə nəticəsində 13 yaşlı Əli Müseyibov dünyasını dəyişmiş, 8 yaşlı qardaşı Məhəmmdə Müseyibov və dayısı oğlu 12 yaşlı Sənan Kərimov ağır bədən yanığı ilə Respublika yanıq Mərkəzinə aparılmışdı.
Səhiyyə Nazirliyindən “Qafqazinfo”ya verilən məlumata görə, bədən səthinin 65-70 faiz termiki yanığı və tənəffüs yollarının yanığı diaqnozu ilə müalicə olunan azyaşlıların hər ikisi dünyasını dəyişib:
“Vəziyyətləri ağır idi, görülən tədbirlərə baxmayaraq onları həyatda saxlamaq mümkün olmayıb”.
Qeyd edək ki, “Sputnik Azərbaycan” saytının əməkdaşı hadisə baş verən kənddə olub.
Qonşular bildiriblər ki, dəfələrlə aidiyyəti qurumlara ərazidə qaz sızması olması barədə şikayət ediblər: “Partlayış baş verən evin həyət qapısının önündən keçən yeraltı qaz xəttində 2 aydan çoxdur sızma olub: “Dəfələrlə “104” xidmətinə və Masallı Rayon Qaz İstismar İdarəsinə məlumat vermişdik. Gəlib baxırdılar, deyirdilər ki, “texnikamız yoxdur”. Elə hadisə olan gün səhər saatlarında ailə üzvləri tərəfindən “104” xidmətinə zəng edilib ki, qaz sızması var, yenə gəlib baxmayıblar. Hadisə baş verəndən sonra qaz idarəsindən gəldilər. Yeri əvvəlcə əl ilə qazdılar, gördülər ki, qazmaq mümkün deyil, icra hakimiyyətinə müraciət etdilər. Oradan da ekskavator göndərdilər və borunu təmir etdilər. Yəni partlayış olandan sonra boru təmir olundu”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkim çardaqdan yıxılaraq ölüb
Ötən gün 6 nəfər yol qəzalarında ölüb
Azərbaycanda vəzifəli şəxs vəfat etdi
Bakıda cinsi azlıq nümayəndəsi öldürüldü
Ermənistan cəbhə xəttində mülki əhaliyə qarşı TƏXRİBAT
Xalq artisti Zülfiyyə Xanbabayevanın evindən oğurluq edilib
Ağdaşda piyadanı maşın vurub öldürdü