09.12.2018 - 13:33
Hadisə 3 baxış

Pakistanda terror aktı törədilib, ölənlər və yaralananlar var

Pakistanda terror aktı törədilib.

“Report” “Anadolu”ya istinadən xəbər verir ki, hadisə Kəraçidə, Milli Birlik Hərəkatı Partiyasının keçirdiyi tədbir zamanı baş verib.

Polisin məlumatına görə, əraziyə motosikletlə gələn naməlum şəxs kütləyə əl qumbarası atıb. Partlayış zamanı 2 nəfər həlak olub, daha 6 nəfər yaralanıb.

Hadisəyə görə məsuliyyəti hələlik heç bir qruplaşma üzərinə götürməyib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: