Özünü heykəldən asan gənc Psixiatrik Xəstəxanada qeydiyyatda imiş
Bakıda parkdakı Nikola Tesla heykəlindən özünü asan 27 yaşlı Mirəziz Əlizadənin intihar səbəbi bəlli olub.
“Minval.info”nun məlumatına görə, Xəzər TV-nin bu barədə hazırladığı reportajda bildirilir ki, Nərimanov rayon İcra Hakimiyyətindən verilən məlumata görə, intihar edən şəxs 2 saylı Psixiatrik Kliniki Xəstəxanasında qeydiyyatda olub. Vətəndaşın narkoloji problemlərinin olduğu da deyilir.
Xırdalan şəhərində qeydiyyatda olan M. Əlizadə bir müddət Nərimanov rayonunda kirayədə yaşayıb. İntihardan saat 11:00 radələrində bağa gələn sakinlər xəbər tutublar. Daha sonra təcili tibbi yardıma və polis bölməsinə xəbər verilib. Sakinlərin sözlərinə görə, intihar hadisəsi səhər tezdən baş verib.
Qeyd edək ki, Baş Prokurorluq əməkdaşları tərəfindən məhkəmə tibbi ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirildiyini, habelə məhkəmə tibbi ekspertizasının təyin olunduğunu açıqlamışdı. Hazırda Nəsimi rayon prokurorluğunda faktla bağlı araşdırma aparılır.
https://youtu.be/OhAVKqks_9A
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır