Özünü 42-ci mərtəbədən atan azərbaycanlı oğlan öldü
Oktyabr ayında Türkiyənin Konya şəhərində özünü 42-ci mərtəbədən atan azərbaycanlı xəstəxanada ölüb.
23 yaşlı Tehran Alimov “Kule Site” adlı 42 mərtəbəli plazanın ən hündür nöqtəsindən özünü aşağı ataraq intihar edib.
Hadisə 27 oktyabr tarixində baş verib. Hadisənin şahidləri dərhal olay yerinə polis, təcili tibbi yardım və xilasetmə komandası çağırıb. Polis üzərindən şəxsiyyət vəsiqəsi çıxmayan gəncin şəxsiyyətini müəyyən etmək üçün telefonundan istifadə edib və onun dostlarına zəng vurub. Beləliklə, onun kimliyi haqqında məlumatlar öyrənilib.
Tehran həyatda qalmaq üçün xəstəxanada 37 gün ölümlə mübarizə aparıb. Lakin o, reanimasiyada həyata gözlərini yumub. Gəncin nəşi Azərbaycanda dəfn edilmək üçün ailəsinə təhvil verilib.
///Publika.az
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır