Özbəkistan parlamentindən Qaraqalpaqıstanın statusu ilə bağlı QƏRAR
Özbəkistan parlamenti Qaraqalpaqıstanın suveren statusunun saxlanmasını dəstəkləyib.
Bununla bağlı müddəa ölkə konstitusiyasının yeni layihəsinə dəyişiklikdə yer alıb.
Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev ötən həftə Konstitusiyaya dəyişikliklərlə bağlı ümumxalq referendumunun keçirilməsi təklifi ilə çıxış edib.
Yeni layihədə Qaraqalpaqıstanın Özbəkistan Respublikasının tərkibinə daxil olan suveren respublika olması və qaraqalpaq xalqının ümumxalq referendumu əsasında Özbəkistanın tərkibindən ayrıla bilməsinə dair maddənin də Konstitusiyadan çıxarılması təklif edilmişdi.
Yerli sakinlər ölkə Konstitusiyasına təklif edilən əlavə və dəyişikliklərə etiraz məqsədilə iyulun 1-də aksiya keçiriblər.
Mənbə: Kommersant
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Qazilər Milli Məclisin qarşısında aksiya keçirdi - VİDEO
Hindistan niyə Ermənistanı seçdi?
Azərbaycanda bu şəxslərə də yardım ediləcək - Deputatdan AÇIQLAMA
Oğurluğa görə işdən çıxarılan xəstəxana direktorunun yerinə təyinat olub
“Mənim Marsda fahişəxana açmağım...” - Rəsədxananın direktoru
Şəhid Dmitri Solntsev dəfn edildi - Fotolar