Ötən gün 7 xilasetmə əməliyyatı HƏYATA KEÇİRİLİB

Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 – qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 108 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 7 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən Minval.info-ya verilən məlumata görə, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub.
Sutka ərzində ümumilikdə 6 nəfər, o cümlədən dənizdə çimərkən batma təhlükəsi ilə üzləşən 1 nəfər xilas edilib. Həmçinin Yasamal və Sabunçu rayonlarında mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalma faktları üzrə həyata keçirilən xilasetmə əməliyyatları zamanı 1945-ci il təvəllüdlü Nikuşina Qalina Alekseyevnanın və 1953-cü il təvəllüdlü Aqafanov AleksandrFyodoroviçin meyitləri aşkarlanaraq aidiyyəti üzrə təhvil verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır