Ötən gecə baş vermiş avtobus qəzasının görüntüləri
Ötən gecə Xocahəsəndə baş vermiş dəhşətli avtobus qəzasının görüntüləri yayılıb.
119 saylı xətt marşrutu üzrə hərəkətdə olan 10-TG-174 dövlət qeydiyyat nişanlı avtobusun aşması nəticəsində avtobusda olan şəxslərdən 7-si 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirib. Daha sonra həmin şəxslərdən 6-si yüngül xəsarətlər aldığından öz xahişləri ilə ambulator müalicəyə göndəriliblər, yaralılardan 1 nəfər qadın, 1951-ci il təvəllüdlü Hüseynova Mehriban Tağı qızının isə vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.
Qeyd edək ki, BNA-nin yaydığı məlumata görə, qəzaya ilkin səbəb minik avtomobilinin qəfildən avtobusun qarşısına çıxması olub. Hadisənin dəqiq başvermə səbəbi müvafiq qurumların araşdırmasından sonra məlum olacağı bildirilib.
https://youtu.be/Q7XCDwoG3ro
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır