Onlarla xanımı bədbəxt edən Elnarə Rzayevanın klinikası bağlandı - VİDEO
Son günlər adı müştərilərinin dodaqlarını yandırmaqda hallanana kosmetorloq Elnarə Razyevanın mərkəzi bağlanıb.
Zərərçəkmişlərin vəkili Toğrul Allahyarov criminal.az saytına bildirib ki, mərkəzin bağlanmasından bu gün xəbər tutub.
T.Allahyarov bildirib ki, həmin mərkəz Nəsimi rayonu, Hənifə Ələsgərova küçəsi 4 ünvanında yerləşirdi. Vəkilin sözlərinə görə, bu gün həmin mərkəzin reklam lövhəsinin götürüldüyü və qeyri-yaşayış sahəsinin icarə elnanı verilməsinin şahidi olub:
”Elnarə Rzayeva 3 ilə yaxın ”LA sisters” mərkəzində qeyri-rəsmi işləyib. 2017-ci il sentyabrın 15-dən əmək müqaviləsi ilə həmin mərkəzə rəsmi işə düzəlib. Çoxsaylı şikayətlərdən sonra LA sisters rəhbərli tərəfindən işdən azad olunub. Onunla bağlanmış əmək müqaviləsi ləğv olunub.
Bundan sonra Elnarə Rzayeva həmin mərkəzə yaxın yerdə, həmin binadan bir neçə metr kənarda özünə yer kirayələyərək işləməyə başlamışdı. Bir neçə zərərçəkmiş xanımın dodaqlarını həmin mərkəzdə yandırıb. Görünür son zamanlar adı mediada hallandırıldıqdan sonra mərkəzi bağlayaraq qaçıb. Onun başqa bir mərkəzi də var. Səməd Vurğun 92-də, ona həbs qoydurmuşam”.
Məsələ ilə bağlı E.rzayevanın mövqeyini öyrənmək mümkün olmayıb.
ƏLAQƏLİ
Goranboyda sursat anbarında dəhşətli anlar: Yanğın və partlayış baş verdi, əhali təxliyə olundu – RƏSMİ MƏLUMAT
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
VACİBBakıda oyuncaq maşınla yola çıxan saxlanıldı
Çingiz Abdullayev jurnalistlərə səsləndi: “Buna son qoymağın vaxtı deyilmi?”
Bloger 'by ella' həbsdən necə azad edildi? – Məhkəmənin qərarı açıqlandı