Ölkəyə 52000 dollar keçirmək istədi
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanı Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etmədən keçirilməsi cəhdinin qarşısını alıblar.
Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Bakı-İstanbul aviareysi ilə gedən xarici ölkə vətəndaşı gömrük nəzarəti zonasına daxil olarkən xarici valyutanı gömrük orqanına əvvəlcədən bildirməyib, şifahi, yazılı, elektron formada bəyan etməyib.
Ona məxsus baqaj rentgen aparatından keçərkən monitorda şübhəli predmetlərin təsvirləri görünüb və təkrar baxış keçirilməsi üçün vətəndaş yoxlama otağına dəvət olunub.
Yoxlama zamanı vətəndaşın əl çantasından və çamadanından, ümumilikdə 52000 (əlli iki min) ABŞ dolları aşkar edilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır