26.11.2021 - 14:32
Hadisə
22 baxış
Oğurluqda ittiham edilən 7 nəfər bəraət aldı
İmişli Rayon Məhkəməsi oğurluqda təqsirləndirilən 7 nəfərə bəraət hökmü verib.
“Minval.info” xəbər verir ki, bu barədə vəkil Vasif İsrafilov məlumat yayıb.
Vəkil bildirib ki, Cinayət Məcəlləsinin 177-ci maddəsinin (oğurluq) bəndləri ilə ittiham olunan 7 nəfər – Daxil Bəyişov, İsa Abbasov, Sadiq Ağayev, Fərid Musayev, Elxan Əsədov, Vasif Şükürov və Vasif Nəsirov barəsində hakim Ülvi Qənbərov bəraət hökmü çıxarıb.
Qeyd edək ki, təqsirləndirilən şəxslər İmişli şəhərində yerləşən “Azersun Holding”in nəzdindəki “Qida Aqro” MMC-dən 48 min manatlıq yem oğurluğunda ittiham olunublar.
Məhkəmədə ittiham sübuta yetirilmədiyi üçün həmin şəxslərə bəraət verilib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
19.09.2026 - 13:26
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
19.09.2026 - 10:45
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
19.09.2026 - 08:39
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
18.09.2026 - 23:33
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
18.09.2026 - 21:20
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
18.09.2026 - 13:03
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır
18.09.2026 - 12:07
Deputat Sergey Çepikov 59 yaşında vəfat etdi
18.09.2026 - 10:29