Oğurluğa görə tutulan şəxs məhkəmədən sonra ölüb

Beyləqanda oğurluğa görə tutulan şəxs xəstəxanada ölüb.
Beyləqan Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış Elnur Əhədzadə halı pisləşdiyi üçün rayon xəstəxanasına aparılıb. E.Əhədzadə orada vəfat edib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Bərdə regional qrupundan Minval.info-ya verilən məlumata görə, Cinayət Məcəlləsinin 177-ci (Oğurluq) maddəsi ilə təqsirləndirilən Bakı şəhər sakini Elnur Əhədzadə sentyabr ayının 2-də Beyləqan Rayon Məhkəməsində keçirilən məhkəmə prosesindən qayıtdıqdan sonra qəflətən baş vermiş qıcolma səbəbindən səhhəti ağırlaşıb:
“Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən xəstəxanaya yerləşdirilən E.Əhədzadənin ilkin diaqnoz olaraq beyin insultu keçirtdiyi müəyyən edilib. Həkimlərin səyinə baxmayaraq, o, sentyabrın 4-də xəstəxanada vəfat edib”.
DİN-dən qeyd edilib ki, hazırda Beyləqan Rayon Prokurorluğunda araşdırmalar aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Həkəri çayında batan şəxsin meyiti tapıldı
Kohatda terror: Ölənlərin sayı 31-ə çatdı
Yardımlıda yanğın: İki hektar ərazi kül oldu
Rusiya Odessada binaya hücum etdi: 10 yaralı
Yevlaxda yük maşınları toqquşdu: 1 yaralı
FHN sürücüləri operativ nəqliyyata yol verməyə çağırır
Şamaxinkada dəhşətli qəza: İki yaralı, avtomobil yararsızdır