Növbəti "Qisas" üçün münbit şərait yaranıb
“Baş verən atəşkəs pozuntuları Azərbaycan Ordusunun növbəti cəzalandırma əməliyyatı keçirməsi üçün münbit şərait yaradır. Görünür, ermənilər “Qisas” əməliyyatından nəticə çıxarmayıb”.
Bu fikirləri Bakupost.az -a açıqlamasında hərbi ekspert Ədalət Verdiyev ermənilərin son günlərdə atəşkəsi pozması ilə bağlı danışarkən deyib.
Ekspert hesab edir ki, erməni tərəfinin atəş açdığı mövqelər yerləşdiyi ərazi və coğrafiyadan asılı olmayaraq, tamamilə darmadağın edilməli, Azərbaycan Ordusunun bayrağı və şəxsi heyəti həmin ərazilərdə yerləşdirilməlidir:
“Artıq neçənci dəfədir ki, Ermənistanın siyasi rəhbərliyinin Azərbaycan Prezidentilə görüşündən dərhal sonra atəşkəsin intensiv şəkildə pozulması halları ilə rastlaşırıq. Bu bir daha onu göstərir ki, Ermənistanın hərbi rəhbərliyində bir çox generallar hələ də Paşinyanın həyata keçirdiyi fəaliyyətlərlə tam razı deyil. Zaman-zaman erməni hərbçilər bu proseslərə ziyan vurmağa çalışırlar. Lakin bu Azərbaycan tərəfini dərindən maraqlandırmır. Biz Ermənistan tərəfinin Rusiyanın vasitəçiliyilə imzaladığı birgə bəyanatın şərtlərini yerinə yetirilməsini tələb edirik. Azərbaycan tərəfi olaraq, bu bəndləri bir-bir Ermənistan tərəfinə qəbul etdirəcəyimzə heç bir şübhəm yoxdur. Həm Ermənistan tərəfi, həm də Qarabağdakı separatçılar həyata keçirdikləri atəşkəs pozuntuları və bu tipli fərqli təxribatlardan kifayət qədər ağrı-acılı nəticələr əldə edəcəklər”.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Hörmüz boğazında ticarət gəmisinə hərbi müdaxilə
Rusiyanın hərbi resursları 2028-ci ilə qədər yetərlidir
Yəmən paytaxtını geri almaq üçün hücuma keçir
Şəhid anası Gülçöhrə İsayeva vəfat etdi
Almaniyada müharibə bombası: 5 min nəfər təxliyə olunur