10.09.2026 - 16:10
Hadisə 14 baxış

90 yaşın sirri: Qəhvə, çəki və idman

90 yaşdan çox yaşamağın sirri nədir? Sağlam qidalanmaq, hər gün idman etmək və artıq çəkidən uzaq durmaq kimi ənənəvi yanaşmalar bu suala cavab verə bilərmi? ABŞ alimlərinin uzun illər apardığı “90+ Study” araşdırması bu mövzuda yeni perspektivlər təqdim edir.

Minval.info xəbər verir ki, Kaliforniya Universitetinin Irvine kampusunda həyata keçirilən “90+ Study” dünyanın 90 yaşdan yuxarı insanları əhatə edən ən böyük tədqiqat layihələrindən biridir. Araşdırmada 1600-dən çox insan iştirak edib və onların uzunömürlülüyə təsir edən amilləri, yaddaş və düşünmə qabiliyyətinin qorunması, demensiya riskinin nədən asılı olduğu öyrənilib.

Araşdırmanın diqqətçəkən nəticələrindən biri çəki ilə bağlıdır. Məlum olub ki, 70 yaşlarında bir qədər artıq çəkisi olan insanlar normal və aşağı çəkili insanlarla müqayisədə daha uzun yaşayıblar. Lakin bu, piylənmənin faydalı olması demək deyil. Normadan ciddi aşağı çəki və piylənmə ölüm riskinin artması ilə əlaqələndirilib.

Fiziki aktivlik də ölüm riskinin azalması ilə əlaqələndirilib. Gündə təxminən 45 dəqiqə fiziki aktivliyin artması faydalı təsir göstərib, lakin bundan sonra əlavə üstünlük o qədər də nəzərə çarpmayıb. Yəni, araşdırma idman etməyin deyil, yaşa və sağlamlıq vəziyyətinə uyğun olaraq hərəkətli qalmağın əhəmiyyətini vurğulayır.

Qəhvə və kofeinlə bağlı da maraqlı nəticələr əldə olunub. Orta miqdarda kofein qəbul edən insanlarda uzunömürlülüklə müəyyən əlaqə müşahidə edilib. 90 yaşdan yuxarı insanların ayrıca təhlilində isə gündə 200 mq və daha çox kofein qəbul edənlərdə demensiya riskinin aşağı olması müşahidə olunub.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: