Heyvan xəstəliklərinə qarşı AQTA-dan ciddi tədbirlər
Payız-qış mövsümündə heyvanlar arasında xüsusi təhlükəli, zoonoz və digər yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması məqsədilə tədbirlər davam etdirilir. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkə üzrə müxtəlif heyvanlar arasında xəstəliklərin erkən aşkarlanması və yayılmasının qarşısının alınması üçün planlı epizootoloji monitorinqlər həyata keçirir.
Minval.info xəbər verir ki, monitorinqlər zamanı təsərrüfatlara baxış keçirilir, klinik müşahidələr aparılır və laborator müayinələr üçün nümunələr götürülür. Eyni zamanda, epizootoloji məlumatlar toplanaraq təhlil edilir və müvafiq göstəricilər elektron sistemdə qeydiyyata alınır. Heyvan sahibləri və təsərrüfat subyektləri arasında maarifləndirmə tədbirləri də təşkil olunur.
AQTA-nın məlumatına görə, heyvanların identifikasiyası və qeydiyyatı xəstəliklərə qarşı profilaktik tədbirlərin daha effektiv aparılmasına imkan yaradır. AQTİS-də qeydiyyata alınan məlumatlar vasitəsilə heyvanların hərəkətini izləmək, riskli təsərrüfatları müəyyənləşdirmək və peyvəndləmə kimi baytarlıq tədbirlərini planlaşdırmaq mümkündür. Xəstəlik halı qeydə alındıqda mənbənin və təmasda olmuş heyvanların operativ müəyyənləşdirilməsi də bu sistem vasitəsilə asanlaşır.
Bununla yanaşı, Ümumdünya Heyvan Sağlamlığı Təşkilatından daxil olan məlumatlar əsasında xaricdən yoluxucu heyvan xəstəliklərinin ölkəyə keçməsinin qarşısının alınması istiqamətində nəzarət tədbirləri aparılır. Müvafiq tədbirlər ilboyu, o cümlədən payız-qış mövsümündə xəstəliklərin yayılma riskləri nəzərə alınmaqla davam etdirilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Milli Qəhrəman Ehtiram Əliyevin səhhəti ağırlaşıb
Hacı Qalib indi də Bilgəhdə ümumi istifadədə olan yolu bağlayıb - Fotolar
Astarada iki kənddə içməli su layihəsi həyata keçirilib
Qeyri-sabit hava şəraiti bu tarixədək davam edəcək
Dağlıq ərazilərə qar yağır
Xınalıqda qarın hündürlüyü 15 santimetrə çatıb