Bakının iki küçəsində sabah nəqliyyat məhdudlaşdırılır
Sabah Bakının Xətai və Nizami rayonlarında yerləşən iki küçədə nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq. Təmir işləri ilə əlaqədar olaraq, Xətai rayonu Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu Keşlə qəsəbəsi 6-cı Keşlə küçəsində hərəkət məhdudlaşdırılacaq.
Minval.info xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, təmir işlərinə 10 sentyabr saat 09:00-dan etibarən başlanacaq. Kazımağa Kərimov küçəsində hərəkət qismən, 6-cı Keşlə küçəsində isə tam məhdudlaşdırılacaq. Məhdudiyyət təmir işləri tamamlanana qədər qüvvədə olacaq.
Sürücülərdən bu işlərə anlayışla yanaşmaları və qeyd olunan ərazilərdə hərəkət edərkən diqqətli olmaları xahiş edilir.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda 1 milyonluq dələduzluq hadisəsi
Cinayət törətməkdə şübhəli bilinən 45 nəfər saxlanıldı
Binance tarixinin ən böyük kiber hücumuna məruz qaldı
Məktəb direktoru xadimənin attestatını 500 manata satdı
Sabiq icra başçısının oğluna qarşı 2 milyonluq dələduzluq ittihamı
Bakıda supermarketdə 100 minlik fırıldaq
Rassel Brend Londonda təcavüz və cinsi təcavüz ittihamlarını rədd edir