Qaxda BMW ağaca çırpıldı, sürücü xilas edildi
Qax rayonunun Suskənd kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi nəticəsində BMW markalı avtomobil idarəetmədən çıxaraq yol kənarındakı ağaca çırpılıb. Nəticədə, sürücü avtomobildə sıxılı vəziyyətdə qalıb.
Minval.info xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə daxil olan məlumat əsasında hadisə yerinə dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Zaqatala Rayon Yanğından Mühafizə Hissəsinin yanğısöndürən-xilasediciləri cəlb olunub. Xilasedicilər xüsusi vasitələrin köməyi ilə 1985-ci il təvəllüdlü İradə Nürəddin qızı İsmayılovanı xilas edərək təcili tibbi yardım briqadasına təhvil veriblər.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
İspaniyada qatar qəzasında 27 ölkənin vətəndaşı həlak olub
Filippində Mayon vulkanı püskürdü: Üçüncü səviyyə həyəcan siqnalı
Ukrayna ordusunun snayperi və təlimatçısı Afrika ölkəsində həbs edildi
Filippinlərdə Mayon vulkanı fəallaşdı: xəbərdarlıq səviyyəsi artırıldı
Bakıda "Rəmiş" hotelin fəaliyyəti dayandırıldı
Siyəzəndə məktəbli motosiklet qəzasında həyatını itirdi
6 tondan çox narkotik qanunsuz dövriyyədən çıxarıldı