Toy ildönümündə faciə: Şəkidə iki nəfər öldü
Şəki yaylasında baş verən faciə ilə bağlı yeni təfərrüatlar məlum olub. Əyləncə mərkəzində trosun qırılması nəticəsində iki nəfər həyatını itirib.
Minval.info xəbər verir ki, hadisə nəticəsində 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ücal Bayramov dünyasını dəyişib. Ücal Bayramovun yaxınlarının sosial şəbəkələrdə verdiyi məlumata görə, o, toy ildönümünü qeyd etmək üçün Şəkiyə gəlmişdi. Ücal ötən il sentyabrın 7-də evlənmişdi.
Ücal Bayramov DOST Rəqəmsal İnnovasiyalar Mərkəzində çalışırdı. Mərkəz onun ailəsinə və yaxınlarına başsağlığı verərək, gənc əməkdaşın ölümünü faciəvi və vaxtsız adlandırıb.
Hadisə sentyabrın 8-də baş verib. Əyləncə trosunun qırılması nəticəsində hər iki şəxs həyatını itirib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Mayk Tayson İstanbula gəldi: Bu serialda rol alacaq?
Məşhur aktyora ağır itki üz verdi
Məşhur meyxanaçı İlkin Çərkəzoğlu dünyasını dəyişdi
Miri Yusif “Tanrı”nı təqdim etdi - Video
Ermənistan 500 km mənzilli PUA-larla güclənir
Mədət Quliyev oğluyla toyda görüntüləndi
Amazon süni intellekt təhlükəsizliyinə çağırır