Lənkəranın turizm cazibəsi mediaya tanıdıldı
Sentyabrın 9-da Dövlət Turizm Agentliyinin təşəbbüsü ilə Lənkəran şəhərinə mediatur təşkil olunub. Bu tədbirin məqsədi Lənkəranın turizm potensialını, təbii və mədəni irsini, yerli turizm məhsullarını və qonaqpərvərlik ənənələrini geniş auditoriyaya tanıtmaq idi.
Minval.info xəbər verir ki, mediatur çərçivəsində media nümayəndələri Mir Əhməd xanın tarixi evində yerləşən Lənkəran Tarix-Diyarşünaslıq Muzeyini ziyarət edərək şəhərin tarixi və mədəni irsi haqqında məlumat əldə ediblər. Daha sonra Hirkan Milli Parkı və Xanbulan gölü ziyarət olunub, Lənkəranın təbii turizm imkanları barədə ətraflı məlumat verilib.
Proqram çərçivəsində iştirakçılara çayçılıq və çay istehsalı prosesi təqdim olunub, həmçinin Arıçılıq Muzeyində apiterapiyanın tətbiqi imkanları haqqında məlumat verilib. Səfər müddətində media nümayəndələrinin sualları cavablandırılıb.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Azərbaycan universitetləri 120 ölkədən tələbə qəbul edir
Azərbaycan nefti 113 dolları keçdi!
Keyfiyyətsiz qida satışı ilə bağlı şikayətlər artıb
Bakının bəzi ərazilərində işıq fasiləsi olacaq
Rusiyanın yeni rüsumu: Azərbaycanda buğda bahalaşacaq?
Sumqayıt Tibb Mərkəzində kadr dəyişikliyi baş verdi
Gəncədə qardaş və bacı bıçaqlandı: Saxlanılan var