10.09.2026 - 14:18
İqtisadiyyat 15 baxış

Neftin qiyməti 100 dollara yaxınlaşır!

Neftin qiyməti Yaxın Şərqdə artan gərginlik və tədarükdə yaranan fasilələr səbəbindən yüksəlməkdədir. Brent markalı neftin qiyməti 1,4 faiz artaraq bir barel üçün 99,33 dollara, WTI markalı neftin qiyməti isə 1,4 faiz yüksələrək 94,34 dollara çatıb.

Minval.info xəbər verir ki, Brent neftinin qiyməti avqustun əvvəlindən etibarən təxminən 25 faiz bahalaşıb. Analitiklər Yaxın Şərqdə hücumların davam etməsinin neft tədarükündə daha uzunmüddətli fasilələrə səbəb ola biləcəyini bildirirlər.

Bölgədə enerji infrastrukturuna və əsas dəniz nəqliyyatı marşrutlarına hücumların artması qlobal neft bazarında riskləri artırır. Səudiyyə Ərəbistanına qarşı hücumların davam etməsi neftin dünya bazarlarına çıxarılmasını daha da çətinləşdirə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: