02.11.2026 - 12:54
Bu ərazilərdə ev almaq istəyənlər tələssin - Dəmir yolu qiymətləri dəyişəcək
İqtisadiyyat 183 baxış

Bu ərazilərdə ev almaq istəyənlər tələssin - Dəmir yolu qiymətləri dəyişəcək

Bakının ətraf qəsəbələrində yeni dəmiryol stansiyalarının yaradılması daşınmaz əmlak bazarında qiymət artımına səbəb ola bilər. Xüsusilə Kürdəxanı, Saray, Fatmayı, Binəqədi, Güzdək və Hövsan istiqamətlərində nəqliyyat əlçatanlığının yaxşılaşması torpaq və həyət evlərinə tələbi artıra bilər.

Publika.az Milli.az-a istinadən xəbər verir ki, Bakıətrafı dəmiryol infrastrukturunun genişləndirilməsi çərçivəsində Kürdəxanı, Saray, Fatmayı, Binəqədi və Güzdəkdə yeni stansiyaların yaradılması nəzərdə tutulur. Bundan başqa, Yeni Suraxanı-Hövsan, Zabrat-Maştağa-Bağlar və Bakıxanov-Binə-Qala istiqamətlərində də dəmir yolu xətlərinin bərpası planlaşdırılır.

Nəqliyyat infrastrukturunun genişləndirilməsi həmin ərazilərdə yaşayan sakinlərin paytaxtın mərkəzinə gediş-gəlişini asanlaşdırmaqla yanaşı, daşınmaz əmlak bazarına da təsirsiz ötüşməyəcək. Belə ki, dəmir yolu stansiyalarının fəaliyyətə başlaması ərazilərin yaşayış və investisiya baxımından cəlbediciliyini artıra bilər.

Hazırda bu ərazilərdə torpaq və həyət evlərinin qiymətləri fərqlidir. Məsələn, Sarayda torpağın bir sotunun qiyməti 6 000-14 500 manat arasında dəyişir. Kürdəxanıda 400 kvadratmetr torpaq sahəsi üçün təxminən 80 min manat tələb olunur. Fatmayıda 8 sot torpaq sahəsinin qiyməti 72 min manat ətrafındadır. Binəqədidə 140 kvadratmetr torpaq sahəsi təxminən 70 min manata təklif edilir.

Daşınmaz əmlak bazarında dəmir yolu layihələrinin qiymətlərə təsiri bir neçə amildən asılı olacaq. Stansiyalara yaxınlıq, qatarların hərəkət tezliyi, Bakı mərkəzinə çatma müddəti və ərazidəki kommunal infrastruktur bu baxımdan əsas rol oynayacaq. Ehtimal olunan ssenarilərə əsasən, dəmir yolu stansiyalarına yaxın ərazilərdə daşınmaz əmlakın qiymətində 5-15 faiz artım baş verə bilər.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: