21.12.2021 - 14:18
İdman 2 baxış

"Neftçi" yeni idman direktorunu təqdim edib

“Neftçi” Peşəkar Futbol Klubu yeni idman direktoru Zaur Əzizovu təqdim edib.

Minval.info-nun məlumatına görə, təqdimat “Bakcell Arena”da baş tutub.

Tədbirə klubun prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazov qatılıb.

37 yaşlı Zaur Əzizov 2008 – 2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb, 4 dəfə Azərbaycan Kubokunun finalına yüksəlib, 2018/2019 mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.

Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.

Bu xəbəri paylaş:
Link yaddaşa kopyalandı!

Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!

Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun: