"Neftçi" klubunda yeni təyinat olub
“Neftçi” Peşəkar Futbol Klubuna yeni idman direktoru təyin olunub.
Paytaxt təmsilçisindən Minval.info-ya verilən məlumata görə, bundan sonra bu vəzifəni Zaur Əzizov yerinə yetirəcək.
37 yaşlı mütəxəssis 2008-2021-ci illərdə “Qəbələ” klubunun baş meneceri olub. Qəbələ təmsilçisi bu müddətdə Premyer Liqada iki gümüş (2016/17, 2017/18), üç bürünc (2013/14, 2014/15, 2015/16) medal qazanıb. Bu müddətdə 4 dəfə Azərbaycan kubokunun finalına yüksələn komanda 2018/19 mövsümündə ilk tituluna yiyələnib. Avrokuboklardakı debütü Əzizovun baş menecerliyi dövrünə təsadüf edən “Qəbələ” ardıcıl iki dəfə (2015/16, 2016/17) 4 mərhələ adlamaqla UEFA Avropa Liqasının qrupunadək irəliləyib.
Qeyd edək ki, bundan əvvəl “Neftçi”nin idman direktoru vəzifəsini 2018-ci ilin fevralından 2020-ci ilin noyabrınadək Ceyhun Sultanov icra edib.
Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
Alkoqol sonrası yaddaş itkisi: Səbəbləri nədir?
Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb
Beşiktaş Luiz Arauxonu heyətinə qatır
Mourinyo: "Real"dakı münaqişəyə qarışmadım!
Sabah ÇL tarixində: 11 ölkədən 11 futbolçu!
Sabah Çempionlar Liqasında Mançesterə uduzdu: 0:4
Nişanlısı Coşqunun faciəsini göz yaşları ilə danışdı