“Neftçi”dən qadına zorakılıqla bağlı maraqlı addım

“Neftçi” futbol klubu 27 noyabr tarixində “Səbail FK” ilə oyuna narıncı rəng forma geyinərək “ZorakılığaSon” deyəcək.
Minval.info xəbər verir ki, komanda Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və BMT-nin Azərbaycandakı nümayəndəliyi ilə əməkdaşlıq edərək 25 noyabr-10 dekabr tarixlərində həyata keçirilən qadınlara və qızlara qarşı zorakılıqla mübarizəyə həsr olunmuş “16 günlük fəallıq” kampaniyasına qoşulub.
Milli Olimpiya Komitəsinin baş katibinin müavini Azər Əliyev “Neftçi” futbol klubunun başlatdığı “ZorakılığaSon” kampaniyasına öz dəstəyini göstərib.
Həmçinin, Xalq artisti Miri Yusif, aktyor Kamran Ağabalayev, reper ProMete ( Pərviz İsaqov) və başqaları narıncı rəng formalarla fotolarını sosial şəbəkə hesablarında paylaşaraq “Neftçi”nin aksiyasına qatılıb.











Ən son xəbərləri bizim sosial media səhifələrimizdə izləyin!
Ölkədən və dünyadan ən sürətli canlı yayımları qaçırmamaq üçün bizə abunə olun:
OXŞAR XƏBƏRLƏR
"Həmin gündən düz 47 il keçdi" - Fotolar
Rəşidə Behbudova ailə səadətini paylaşdı: İzləyicilər heyran qaldı
Azərbaycanlı professor türk dünyasının nüfuzlu elm mükafatına layiq görüldü
Flora Kərimovanın nəvəsi evlənir: Xalq artistindən duyğusal təbrik
Fəxrəddin Manafovun həyat hekayəsi: Futboldan kinoya uzanan yol
Cahangir Novruzovun Nəsibə Neynalova ilə unudulmaz mübahisəsi